SAF 2021 uğurla başa çatdı.

9,10 dekabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində ilk STEAM Azərbaycan Festivalını 2021 keçirilib.


Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM Open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego Sumo”, “Line follower”, “3D Cad”, “Short Movie”, “Edu Drone”, “Humanoıd Robot” yarışlar təşkil edilib. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılıb. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. 


Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev festivala qatılan şagirdlərin təhsil aldıqları məktəblərə yüksək motivasiya ilə geri dönəcəklərini, həmçinin festivalın onların İKT üzrə bilik və bacarıqlarının aşkar və inkişaf etdirilməsində əhəmiyyətlini vurğulayıb. Təhsil naziri növbəti illərdə festivalın coğrafiyasının genişləndirilməsinin, digər ölkələrdən də məktəblilərin cəlb olunmasının nəzərdə tutulduğunu deyib. 


Nazir festivalın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib, qalib komandaları təbrik edərək onlara uğurlar arzulayıb.


10 dekabr qaliblərin mükafatlandırılması və bağlanış mərasimi keçirilib. 

Qalib komandaların siyahısı:

 
Tuttuğu yer Kateqoriya Komanda adı Region
1-ci yer 3D CAD Təkamül Bakı
1-ci yer Edu Drone ZƏFƏR (Hədəf) Bakı
1-ci yer Hackathon PHOBOS Bakı
1-ci yer Humanoid Unimate Gəncə
1-ci yer Lego Sumo Junior Victor Şirvan
1-ci yer Lego Sumo Senior RoboKaspi Senior Bakı
1-ci yer Line Follower RaPID Bakı
1-ci yer Micro:bit STEAM Zəkalar Bakı
1-ci yer STEAM Open Greypfrut Bakı
1-ci yer Short Movie Mystery Bakı
2-ci yer 3D CAD Heyvanların müdafəsi Masallı
2-ci yer 3D CAD İstiqlal Bakı
2-ci yer Edu Drone Zəfər (136) Bakı
2-ci yer Edu Drone Tigers Bakı
2-ci yer Hackathon Black and White Bakı
2-ci yer Humanoid Mind Bogglers Bakı
2-ci yer Lego Sumo Junior BakuRob Bakı
2-ci yer Lego Sumo Senior Qələbə Bakı
2-ci yer Line Follower Robuilders Mingəçevir
2-ci yer Line Follower King of robots Bakı
2-ci yer Micro:bit Balakənli Proqramçılar Balakən
2-ci yer Micro:bit Zəfərim Bakı
2-ci yer STEAM Open Zəfər-Quba Quba
2-ci yer STEAM Open İşıqlı dünya Bakı
2-ci yer Short Movie Qələbə komandası Zaqatala
3-cü yer 3D CAD Эрудиты Bakı
3-cü yer 3D CAD Lacci Bakı
3-cü yer 3D CAD Mina axtaranlar Bakı
3-cü yer Edu Drone «Пионеры» Bakı
3-cü yer Edu Drone Silent Kill Drone Bakı
3-cü yer Edu Drone Bayraqdar Bakı
3-cü yer Hackathon Digibrains Gəncə
3-cü yer Humanoid Robot Reboot Gəncə
3-cü yer Lego Sumo Junior NanoSumo Bakı
3-cü yer Lego Sumo Junior Zəfər Şamaxı Şamaxı
3-cü yer Lego Sumo Senior Chaos Bərdə
3-cü yer Lego Sumo Senior Naxçıvanqala Naxçıvan
3-cü yer Line Follower SUMbuilders_4 Sumqayıt
3-cü yer Line Follower RoboKaspi_LF Bakı
3-cü yer Line Follower Zirvə Bakı
3-cü yer Micro:bit Zefere dogru Bakı
3-cü yer Micro:bit Xəzər Bakı
3-cü yer Micro:bit ŞABRAN Şabran
3-cü yer STEAM Open Drop Astara
3-cü yer STEAM Open Smart Map of Karabakh Bakı
3-cü yer STEAM Open Zəfər yolu  Quba
3-cü yer Short Movie Nur Ucar


Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.