"Smart School" yarışmasının qalibləri təyin olundu!
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Tikdim ki, izim qala” adlı “Ağıllı məktəb” yarışması Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsi komandasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir.
İyulun 15-də Səbail Rayon İcra Hakimiyyətində RİHB-nın müavini Kəmalə Həşimovanın, RİHBA-nın məsul əməkdaşlarının, eyni zamanda T.İsmayılov adına 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucovanın, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın, 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovanın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsinin əməkdaşlarının iştirakı ilə T.İsmayılov adına 6 saylı məktəb-liseyin, 132-134 nömrəli Təhsil Kompleksinin, 189-190 nömrəli və 162 nömrəli tam orta məktəblərin 6, 7 və 8-ci sinif şagirdləri arasında yarışmanın qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Yarışmanın qaliblərinə sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.
XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Bu baxımdan da günün məzunu müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib.
1-ci yer:
132-134 nömrəli Təhsil Kompleksi;
2-ci yer:
189-190 nömrəli tam orta məktəb;
3-cü yer:
6 nömrəli məktəb-lisey;
162 nömrəli tam orta məktəb.