"Makerthon 2021" yarışmasının qalibləri təyin olundu!

“STEAM Azərbaycan” layihəsi çərçivəsində məktəblilər arasında ilk dəfə “Makerthon 2021” yarışması keçirilib.

Meykerton (ing. Makerthon) — meykerlərin (istehsalçıların) komandalara birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "maker" və "marathon" sözləri ilə bağlıdır və "meykerlərin marafonu" mənasını verir.

Meykertonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif ideyaların, yeni innovativ həllərin və alətlərin yaradılması, həmçinin rəqabət şəraitində biliklərin yoxlanılması və yeni biliklərin qazanılması, əməkdaşlıq üçün şərait yaratmaqdır.

Məktəblilər arasında ilk dəfə keçirilən “Makerthon 2021” müsabiqəsində 1-ci yerə Astara şəhəri 1 nömrəli tam orta məktəb “Ağıllı körpü” layihəsi ilə, 2-ci yerə Bakı şəhəri 173 nömrəli tam orta məktəb “Ağıllı ev” layihəsi ilə, 3-cü yerə isə 3 layihəhə Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey “Ağıllı ev” layihəsi ilə, Şirvan şəhəri Kimya, biologiya təmayüllü Respublika liseyi (STEAM Mərkəzi) “Parkinq” layihəsi ilə, Bakı şəhəri 67 nömrəli tam orta məktəb “Radar” layihəsi ilə layiq görülüb. Ümumilikdə yarışmada 204 komanda iştirak edib.

Qeyd edək ki, yarışın münsiflər heyətində “STEAM Azərbaycan” komandası və Azərbaycan Respublikasının Təhsil İnstitutu təmsil olunub.