3D Rəqəmsal Oyun Sənəti ixtisası üzrə təlimlərə başlanılıb.

WorldSkills yarışlarına hazırlıq çərçivəsində 3D Rəqəmsal Oyun Sənəti ixtisası üzrə təlimlərə başlanılıb.

Cari ilin 15 iyun-15 avqust tarixlərində keçiriləcək “WorldSkills Asia Onlayn Bacarıq Yarışları”na hazırlıq çərçivəsində Finlandiyanın “Omnia Education Partnership” şirkəti tərəfindən 3D Rəqəmsal Oyun Sənəti bacarıq istiqaməti üzrə beynəlxalq təlimlərə start verilib. 16 mart tarixindən etibarən üç gün müddətinə davam edəcək təlimlərdə “STEAM Azerbaijan” layihəsini təmsil edən  beş mütəxəssisin iştirak etməsi nəzərdə tutulub. Təlimlər WorldSkills standartları əsasında yarışların keçirilmə prosesi, o cümlədən texniki təsvir, infrastruktur və test tapşırığı sənədlərinin hazırlanması, virtual qiymətləndirmənin aparılması kimi mövzuları əhatə edir. 

Cari ilin 15 iyun - 15 avqust tarixlərində keçiriləcək beynəlxalq yarışlarda WorldSkills Azerbaijan platformasının üç bacarıq istiqaməti üzrə iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki,  WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. WorldSkills hərəkatına qoşulmaq

Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. 

 

https://vet.edu.gov.az/az/news/1881