Xəbərlər


STEAM Azərbaycan layihəsi tərəfindən istehsal olunan üz sipərləri tibb işçilərinə çatdırıldı.

Son həftələrdə COVİD-19 virusuna yoluxanların sayının artması qoruyucu maskalar və üz sipərlərinə tələbatı artırıb. STEAM Azərbaycan layihəsi tərəfindən hazırlanan qoruyucu üz sipərləri 28 iyun tarixində 7 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının tibb personalına və 29 iyun tarixində Milli İdman Tibb və Reabilitasiya İnstitutu əməkdaşlarına çatdırılıb.